Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.
Son gündə yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq və 102 kq-dan artıq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.
Yaşı 15-dək atletlərdə 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.
Yaşı 17-yə qədər atletlərdə isə 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.