fbpx

Ağstafada gizirin intiharı ilə bağlı cinayət işi başlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun intiharı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Metbuat.az-a daxil olan məlumatda deyilir:

“Mayın 10-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin