fbpx

Aİ-95 markalı benzinlə bağlı VACİB XƏBƏR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu dəfə də sürücülər “Aİ-95” markalı benzinin keyfiyyətindən narazılıq ediblər. Onlar iddia edirlər ki, avropada olan eyni markalı benzinin oktanı ölkəmizdə hazırda satışda olan “Aİ-95” markalı benzindən çox fərqlidir. Yəni daha yaxşıdır.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ”Aİ-95 markalı benzinin oktanı zəifdir”. Bu fikri sürücülər səsləndirirlər. Onlar iddia edirlər ki, xaricdən idxal edilən “Aİ-95” markalı benzinin oktanı, yerli istehsal olan “92” markalı benzindən heç də fərqlənmir.

Sürücü Arif İsmayılov da bir ay əvvəl Avropadan özünə avtomobil alıb. O, iddia edir ki, yeni nəsil avtomobilinin çəninə təyinatına uyğun olaraq Aİ-95 markalı benzin doldurub. Amma ortaya çıxan problemlər bunu deməyə əsas verir ki, 95 markalı benzinin tərkibi, Avropada olanla müqayisədə zəifdir.

Rüya tabirlerini burdan oku

Ustalar da deyirlər ki, son bir neçə aydır, yeni nəsil avtomobillərdə yanacaqla bağlı bir sıra problemlər ortaya çıxır. Ustalar müxtəlif yanacaqdoldurma məntəqələrindən aldıqları 95 markalı benzini oktan ölçən cihazla yoxlayıblar. Həqiqətənmi Aİ-95 markalı benzinin kefiyyəti aşağıdır?

Ortaya sual çıxır: madam “Aİ-95″in keyfiyyətindən bu qədər narazılıq var, onda bu keyfiyyətdə premium adı ilə gətirilən benzin hansı ölkədən idxal olunur? Bəzi böyük yanacaqdoldurma şirkətləri avropadan özləri 95 markalı benzin idxal etdikləri üçün, iddialara onlardan da cavab istədik. Onlardan Aİ-95 markalı premium yanacağına hansısa bir müdaxilə edib etmədiklərini soruşsaq da, sualımız cavabsız qaldı. Eyni sualı ”SOCAR”ın rəsmi elektron ünvanına da göndərdik. Qurumdan bildirdilər ki, sorğu 5 iş günü ərzində cavablandırılacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu