fbpx

Aİ Bakı və İrəvandan nə gözləyir?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə baş tutmuş görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi İcması Sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilən görüşünə dair intensiv fikir mübadiləsi aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidmətinin görüşdən sonra yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, görüş iştirakçıları normallaşma səylərinin davam etdirilməsi üçün Qranadada mümkün görüşdən istifadə etməkdə Ermənistan və Azərbaycanın ortaq marağı olduğunu vurğulayıblar.

Əlavə olunub ki, bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə nail olmaq üçün mümkün Qranada görüşündə sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiya, humanitar məsələlər və daha geniş sülh müqaviləsi kimi mümkün konkret addımlarla bağlı danışıqlarda iştirak ediblər.

“Normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac var. Aİ hesab edir ki, Qranadada keçiriləcək mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqada və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etmək üçün istifadə etməlidir”, – bəyanatda vurğulanıb.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Aİ #Bakı #və #İrəvandan #nə #gözləyir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu