Aİ bu ölkəyə maliyyə yardımını dayandıra bilər
Avropa İttifaqı (Aİ) “Xarici təsir haqqında” qanuna görə Gürcüstana maliyyə yardımını dayandıra bilər.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, müsahibəsində Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano deyib..
P. Stano bildirib ki, təmsil etdiyi qurumda Gürcüstandakı vəziyyətdən ciddi narahatdırlar və sözü gedən qanunu geriyə addım kimi dəyərləndirirlər.
O, qeyd edib ki, bir qədər əvvəl Aİ-nin Gürcüstana müdafiənin gücləndirilməsi üçün ayrılmalı olan 30 milyon avro vəsaiti blokladığını xatırladıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |