Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektləri müzakirə olundu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ilə görüşüb.
BEY.AZ xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.
Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektlərini və COP29-un prioritetləri müzakirə olunub.
Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |