fbpx

Aİ missiyası da Ermənistan MN-in bəyanatını yalanladı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin missiyanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə yaydığı məlumatları təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə missiyanın “X” (tviter) hesabında paylaşım edilib.

Məlumata görə, missiyanın heç bir patrulu atəş hədəfi olmayıb: “Biz Ermənistanla Azərbaycan arasında sərhəd bölgələrində patrul həyata keçiririk və hərbi hadisələr, eləcə də məsuliyyət zonamızda atışma ilə bağlı insidentlər barədə Brüsselə məlumat veririk”.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bildirilib ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır: “Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aİ #missiyası #Ermənistan #MNin #bəyanatını #yalanladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu