Aİ-nin ilk müdafiə konsepsiyasını təsdiqləyəcəyi tarix bəlli oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Martın 24-25-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində tarixdə ilk müdafiə konsepsiyası – hazırlanmasına Rusiyanın Ukraynadakı hərbi əməliyyatının çox böyük təsiri olan “Aİ-nin strateji kompası” təsdiqlənəcək.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətindəki mənbə bildirib.
“Aİ liderləri martın 24-25-də hazırlanmasına təxminən iki il əvvəl başlanmış, lakin Ukraynadakı müharibənin çox güclü təsir göstərdiyi “Aİ-nin strateji kompası”nı təsdiq edəcəklər”, – mənbə deyib.
“Bu sənəd birbaşa Ukrayna böhranı ilə bağlı deyil, yaxın 5-10 il üçün nəzərdə tutulub”, – o əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.