Aİ Putin və Lavrova qarşı sanksiya tətbiq etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Bununla yanaşı, Aİ Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.
Borrel qeyd edib ki, ümumilikdə sanksiya siyahısına 26 rusiyalı daxildir. “Yeni sanksiyaların bütün variantları, o cümlədən Rusiyanın SWIFT-dən kənarlaşdırılması masa üzərində qalır”, – Aİ nümayəndəsi əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.
Böyük Britaniyanın Baş naziri Boris Conson isə qeyd edib ki, dünya Putinin Ukraynaya təcavüz aktında uğursuzluğa düçar olacağına əmin olmalıdır. O əlavə edib ki, bu hərəkətdən sonra Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.