Aİ Ukraynaya 35 milyard avro kredit verəcək
AK G7-nin öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avro məbləğində kredit verəcək.
BEY.AZ xəbər verir ki, bu barədə Fon der Leyen “X” sosial şəbəkəsində yazıb:
“Bu, Aİ-nin Ukraynanın yenidən qurulmasına daha bir böyük töhfəsidir”.
Bildirilib ki, kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Bununla belə, ABŞ Rusiya aktivlərinin Avropada dondurulmuş qalacağına dair zəmanət tələb edib.
Vəsaitlər sülh fondu adlanan fonda köçürüləcək. Lakin onlar yalnız qərarın Aİ-yə üzv olan 27 ölkə tərəfindən yekdilliklə dəstəklənməsi şərti ilə müəyyən ehtiyaclar üçün paylana bilər.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |