fbpx

Aİ Ukraynaya silah üçün 1,4 milyard avro yardım ayırdı



Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən 1,4 milyard avro yardım ayırıb.

BEY.AZ xəbər verir ki, bunu Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis deyib.

Valdis Dombrovskis bildirib ki, pullar artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla prioritet avadanlıqların tədarükü, habelə ilk dəfə olaraq Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilən sifarişlər üçün istifadə olunub.

Onun sözlərinə görə, iş çox sürətlə gedir və bir sıra Aİ ölkələri ilə müqavilələr imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən G7 ölkələri, Aİ və Avstraliya Rusiyanın təxminən 260 milyard avro valyuta ehtiyatını dondurub. Bunun təxminən 191 milyard avrosu Belçikanın Euroclear depozitarında saxlanılır. May ayında Aİ bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirin böyük hissəsini Ukraynaya dəstək üçün istifadə etməyi təsdiqləyib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin