fbpx

“Ailəmizin beş üzvünü qətlə yetirdilər, Xaçatryan qardaşımı girov götürdü”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənilər 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində ailəmizin beş üzvünü amansızlıqla qətlə yetirdilər”.

Metbuat.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Meşəli faciəsində ailə üzvlərindən beş nəfərini itirmiş Zəminə Əliyeva bildirib.

“Ailəmizin üç üzvünü diri-diri yandırdılar. Ailəmizin doqquz üzvündən beşi – atam, anam, iki bacım və bir qardaşım amansızlıqla qətlə yetirilib. Çox dəhşətli gün idi. 53 yaşlı atamı, 45 yaşlı anamı və 17 yaşlı bacımı diri-diri yandırdılar. 15 yaşlı bacımı ürəyindən güllələyib ardınca da 78 güllə vuraraq qətlə yetirdilər.

Rüya tabirlerini burdan oku

Qardaşım polis əməkdaşı idi. O, dağın üstündən kəndi güllə atəşinə tutan erməni silahlısını zərərsizləşdirilmək üçün gedən zaman snayperin açdığı atəş nəticəsində şəhid oldu. Kiçik qardaşım Barat isə yaralı halda Vaqif Xaçatryan tərəfindən əl-qolu bağlanılaraq maşının yük yerinə qoyularaq girov götürülüb. Qardaşım isə yolda əli-qolu bağlı özünü maşından dərəyə atıb. Xoşbəxtlikdən yaralı vəziyyətdə qaçaraq sağ qala bilib”.

Zəminə Əliyeva 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanılmasını eşitdikdə çox sevinib:

“Mətbuatdan Vaqif Xaçatryanın saxlanıldığını eşidəndə çox sevindim. Onu saxlayan oğullarımızın alnından öpürəm. Bir ana kimi onları bağrıma basıram. Allah dövlətimizdən razı olsun! Meşəli faciəsində dinc sakinlərimizin qanına əli batanların tutularaq öz cəzasını alması bizə təsəllidir. İnanırıq ki, digər cinayətkarlar da öz cəzasını alacaqlar”.

Qeyd edək ki, hərbi cinayətkar Vaqif Xaçatryan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa cəlb edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ailəmizin #beş #üzvünü #qətlə #yetirdilər #Xaçatryan #qardaşımı #girov #götürdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu