fbpx

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı YENİ QƏRAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Hakim Mirzəli Abbasovun sədrlik etidiyi hakimlər heyəti eyni məhkəmənin qəbul etdiyi əvvəlki qərarı ləğv edib.

Rüya tabirlerini burdan oku

Yeni qərara əsasən A.Çovdarovun 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.

Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Akif #Çovdarovun #milyonluq #əmlakı #ilə #bağlı #YENİ #QƏRAR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu