“AKP güclüdür, heç bir partiyanın mübarizə aparmaq şansı yoxdur”
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı 6 siyasi partiya tərəfindən qurulan “Altılı masa”dan İYİ Partiya-nın sədri, Böyük Millət Məclisinin deputatı Meral Akşenerin çıxışından sonra ittifaq dağılıb.
Akşener açıqlamasında bildirib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib.
Türkiyənin siyasi gündəmində vacib rol oynayan bu hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov bildirdi ki, “Altılı masa”nın dağılmasına səbəb orada bir-birinə zidd olan ideologiyaların, siyasi baxışların, daxili və xarici siyasətlə bağlı ümumilikdə ayrı-ayrı nəzər nöqtələrinə malik olan siyasətçilərin yer alması idi. Zaur Məmmədov deyir ki, onları birləşdirən tək amal Ərdoğana qarşı mübarizə apararaq, qrup kimi namizədlərinin qalibiyyət şanslarını artırmaq məqsədi daşıyırdı.
Zaur Məmmədov
“Koalisiyadakı şəxslərin kimliyi və onların siyasi proseslərə baxış bucağı hər zaman seçici üçün çox vacibdir. Əgər koalisiyadakı üzvlər kardinal şəkildə bir-birindən fərqlənirsə, onların hətta sabah qalib gələcəkləri təqdirdə ölkəni necə inkişaf etdirəcəkləri də düşündürən suallar sırasındadır. Hesab edirəm ki, Meral Akşener “Altılı masa”dan çıxmasaydı bu heç də vahid namizəd olan müxalifətin qalib gəlməsi ilə nəticələnməyəcəkdi”.
Zaur Məmmədov qeyd etdi ki, bu hadisələr baş verməsəydi belə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yenidən qalib gələcəkdir. Politoloq hesab edir ki, son günlərdə ekspertlərin rəyləri, edilən çağırışlar, təbii fəlakətin baş verməsi müxalifəti ruhlandırsa da, hakim partiyanın şansları daha çoxdur.
“Ümumiyyətlə, Türkiyə hakimiyyətinin daxili və xarici siyasətdəki ardıcıllığı üçün mütləq şəkildə davamlılığ vacibdir və bu davamlılığı AKP siyasi partiyası qazanaraq davam etdirəcəkdir. AKP-də kifayət qədər istedadlı, vətənə xeyirli, dünya miqyasında inkişaf etmiş siyasətçilər var və onlarla da heç bir siyasi partiyanın real olaraq mübarizə aparmaq şansı yoxdur”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AKP #güclüdür #heç #bir #partiyanın #mübarizə #aparmaq #şansı #yoxdur