Aktrisa ilə qardaşı efirdə dava etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Aktrisa Sonaxanım Əliyeva ilə qardaşı Rüfətlə efirdə dava edib.
Metbuat.az xəbər verir ki, aktrisa qardaşının anası dünyasını dəyişəndə ondan gizlətdiyini deyib. “Elgizlə izlə” proqramına qonaq olan Sonaxanımın dediklərini qardaşı yalan adlandırıb. Bacı ilə qardaş efirdə ev davası ediblər.
“Anasına baxmayıb, atıb küçəyə, qapıları bağlayıb. Mən də anama sahib çıxdım. Anam da dedi ki, evi vermişəm, indi geri alıram. Verdi məhkəməyə, vəsiyyətnamə yazılmayıb” deyə, Rüfət bacısı haqda danışıb.
Aktrisa isə deyib ki, 22 il anasına baxıb, qardaşı isə ev üçün anasını onun yanından götürdüyünü deyib:
“Anana niyə baxmadın? qara torpağın altına göndərdin. Evimə gələn ərzaqları yarıdan bölüb sənə göndərmişəm. Burnundan gəlsin. Anamın evini yazdan bu yanan kirayə vermisiniz”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.