fbpx

Aktyor və xanımını qətlə yetirən şəxs həbs edildi



Bakıda 2 nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin