fbpx

Albalı və gilasın qəbulu orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Albalı və gilasda olan maddələr açıq antioksidant təsirə malikdir – başqa sözlə, onlar iltihabi proseslərə təsir etməyə qadirdirlər. Bu giləmeyvələrin orqanizmə xərçəng əleyhinə təsiri məhz bununla təmin edilir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.

“Orta nisbətdə təzə albalı və gilasın qəbulu orqanizmi onkoloji xəstəliklərə səbəb ola biləcək iltihabi proseslərin inkişafından qoruyur”, – deyə doktor Ginzburq söyləyib.

Rüya tabirlerini burdan oku

Alim, həmçinin albalı və gilas istehlakının nevroloji sağlamlığa müsbət təsir etdiyinə, yuxuyagetmə, narahatlıq kimi mövcud problemlərin həllinə kömək etdiyinə də hər kəsin diqqətini çəkib.

“Albalı və gilasda stresi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən çox miqdarda vitamin və qida maddələri var”, – deyə diyetoloq qeyd edib.

Ekspert əlavə edib ki, bəzi aparılan tədqiqatlar albalı şirəsinin təbii yuxu gətirici kimi faydasını təsdiqləyib. Tərkibindəki triptofan amin turşusu sayəsində onun qəbulu yuxu hormonu olan melatoninin səviyyəsini artırmağa kömək edir.

Bütün bunlardan savayı, həm albalı, həm də gilasda yüksək miqdarda B qrupu vitaminləri, maqnezium var – bu keyfiyyət onları narahatlığın, psixo-emosional gərginliyin azalması üçün faydalı edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu