fbpx

Alban Avtokefal Kilsəsinin hüquqi varisi Alban-Udi dini icmasıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Alban kilsələrinin erməni kilsələrinə heç bir aidiyyəti yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev deyib.

O bildirib ki, bütün alban abidələri Alban-Udi dini icmasına, dolayısı ilə Alban Avtokefal Kilsəsinə məxsusdur: “Yəni, Alban Avtokefal kilsəsinin hüquqi və mənəvi varisləri bu gün Alban-Udi dini icması olduğundan biz də məntiqi olaraq bütün alban abidələrini o dini icmanın mənsubiyyəti hesab edirik. Yayılan dezinformasiyalar bizim beynəlxalq təbliğatımız qarşısında atılan addımlardan biridir. Bu, onu göstərir ki, Azərbaycan həqiqətlərin təbliğatında düzgün yoldadır. Vaxtaşırı bu cür hücumlara da məruz qalmağa hazır olmalıyıq”.

Rüya tabirlerini burdan oku

Şöbə müdiri mənbələrdə xristianlığın Albaniyaya gəlişinin eramızın I-II əsrinə təsadüf etməsinin göstərildiyini vurğulayıb: “Albaniya ərazisində xristianlığın yayılması İsa Məsihin həvariləri Faddey və Varfolomeyin, eləcə də apostol Faddeyin şagirdləri Müqəddəs Yelisey və Marın adları ilə bağlıdır. Bu fakt olduqca önəmlidir. Çünki bu amil Alban Kilsəsinin qədim olmasını göstərməklə yanaşı, həm də onun başqa kilsələr vasitəsilə deyil, birbaşa İsa Məsihin şagirdləri – həvariləri tərəfindən təsis olunduğunu ortaya qoyur. Odur ki, Qafqaz Albaniyasında qurulan kilsə təkcə Qafqazın deyil, dünyanın ən qədim kilsələrindən sayılır. Pravoslav icmasına görə, Qız qalasının ətrafında Varfolomeyin məzarı var və vaxtilə 1892-ci ildə – Qız qalası yaxınlığında “Müqəddəs Varfolomey” rus pravoslav kilsəsi inşa olunmuşdur. Şəkidə olan Kiş kilsəsi də Qafqazda ilk xristian məbədlərindəndir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu