fbpx

Ali Məhkəməyə yeni hakimlər təyin edildi



Ali Məhkəməyə yeni hakimlər təyin edilib.

BEY.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında layihə müzakirə olunub.

Belə ki, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin edilib.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin