fbpx

Ali məktəblərə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ali təhsil müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi günləri müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin