Aliment ödəyə bilməyənlər cəbhəyə göndərilsin
Rusiya Dövlət Dumasının mübahisəli simalarından olan Vitali Milonov qəribə təkliflə yenidən gündəmə gəlib.
BEY.AZ rus mediasına istinadən xəbər verir ki, Milonov aliment borcunu ödəyə bilməyən kişilərin Ukrayna cəbhəsinə göndərilməsini təklif edib. Milonov bu təklifin yalnız böyük aliment borcu olan şəxslər üçün keçərli olacağını deyib:
“Onlara övladlarına necə faydalı ola biləcəklərini anlamaq şansı verək”.
Qeyd edək ki, Vitali Milonov bundan əvvəl də mübahisəli və maraqlı təklifləri ilə diqqət çəkib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |