fbpx

Alimpaşa Məmmədova bu qədər cəza verildi

Rüya Yorumları burda


Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun məhkəmə prosesi başa çatıb.

BEY.AZ bildirir ki, son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub. Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu