Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb.
Metbuat.az xəbər verir ki, o, ermənilərin katolikosu II Qareginlə görüşün hələlik mümkün olmadığını bildirib:
“Ermənistan dini lideri ilə görüşüb-görüşməyəcəyimiz bəlli deyil. Biz həmişə Rusiyanın Patriarxı Kirill vasitəsilə görüşmüşük. Ancaq Ermənistan dini liderinin revanşizm siyasəti, erməniləri qarşıdurmaya çağırışına görə hələlik görüşümüz mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan vermir”, – Allahşükür Paşazadə vurğulayıb.