Almaniya Kiyevə yeni silah-sursatlar verdi
Almaniya Ukraynaya “Leopard 1 A5” tankları, “GEPARD” özüyeriyən silahları, pilotsuz uçuş aparatları və 60 min sursat daxil olmaqla yeni böyük hərbi yardım ayırıb.
BEY.AZ bildirir ki, buu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yeni paketə daxildir:
22 Leopard 1A5 tankı;
22 Minaya dözümlü MRAP avtomobili;
ehtiyat hissələri olan üç “GEPARD” özüyeriyən zenit silahı;
iki hava müşahidə radarı TRML-4D;
500 ehtiyat lüləsi olan 10 MG3 pulemyotu;
12 özüyeriyən haubitsa PzH 2000;
1 milyon odlu silah sursatı;
61 min 155 mm-lik sursat.
Bundan əlavə, Almaniya Ukraynaya çoxlu sayda dron, ehtiyat hissələri ilə birlikdə 30 “VEKTOR” kəşfiyyat təyyarəsi, 20 ədəd “RQ-35 HEIDRUN” kəşfiyyat aparatı, verib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |