fbpx

​Almaniya Rusiyanın Berlindəki səfirini XİN-ə çağırdı



Almaniya Rusiyanın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

BEY.AZ xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok açıqlama verib. Berlində keçirilən mətbuat konfransında o bildirib ki, səfirin Xarici İşlər Nazirliyinə çağırılması Rusiyada ARD ictimai yayımında işləyən iki nəfərin deportasiya qərarı ilə əlaqədardır. Baerbok, “Rusiyanın ARD əməkdaşlarını deportasiya etməsi qəbuledilməzdir, bunun əsaslandırılması yanlış və yalandır. Biz bunu birmənalı şəkildə pisləyirik. Ona görə də bu gün Rusiya səfirini çağırdıq” – deyə bildirib.

Almaniyada və ya Avropada mətbuat azadlığının məhdudlaşdırılması iddiasının yalan olduğunu deyən Baerbok, bu iddiaları ARD əməkdaşlarının deportasiyası ilə əlaqələndirmək üçün heç bir səbəb olmadığını qeyd edib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin