Almaniyada matəm elan edildi
Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.
BEY.AZ yerli mətbuata istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, – bəyanatda deyilir.
Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.
Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |