fbpx

AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə tədbir keçirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə” adlı panel və fotosərgi keçirilib.

BEY.AZ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, bir sıra diplomatik nümayəndələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən AMEA prezidenti oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltması münasibəti ilə hər kəsi təbrik edib.

O, Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq bağlarına toxunaraq, Qarabağ məsələsində və Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyini xüsusi vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının həm dövlət səviyyəsində, həm də xalq, millət səviyyəsində təsdiqinin şahidiyik. Biz, sözün əsl mənasında bütün dünyada alternativ modeli olmayan qardaş dövlətlərik”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında 15 oktyabr tarixinin Azərbaycan və türk dünyası üçün əhəmiyyətindən bəhs edib və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib.

Çıxışlardan sonra mövzu ilə əlaqəli geniş panel müzakirə keçirilib.

Sonda tədbir iştirakçıları “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə” adlı fotosərgi ilə tanış olublar.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #AMEAda #Türkiyə #Xarici #İşlər #Təşkilatının #illiyi #münasibətilə #tədbir #keçirildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin