Amerikalı iş adamının qızı və nəvəsi qəzada öldü
BEY.AZ informasiya agentliyi xəbər verir
Vaşinqton yaxınlığındakı uçuşa qadağan olunmuş zonada qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirənlər arasında milyarder iş adamı Con Rumpelin qızı və nəvəsinin də olduğu açıqlanıb.
Metbuat.az xəbər verir ki, “Melbourne Inc” şirkətinin sahibi Rumpel, “New York Times” qəzetinə bildirib ki, qəzaya uğrayan təyyarədə qızı və 2 yaşlı nəvəsi, dayəsi və şirkət pilotu olub.
Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının açıqlamasına görə, Tennessi ştatından havaya qalxan “Cessna” tipli təyyarə paytaxt üzərində uçuşa qadağan olunmuş zonaya daxil olub. Daha sonra təyyarənin ölkənin cənub-qərb bölgəsində dağlıq əraziyə çırpıldığı bildirilib.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Amerikalı #iş #adamının #qızı #və #nəvəsi #qəzada #öldü