Amir üçün 3 milyon manat toplandı
BEY.AZ informasiya agentliyi xəbər verir
SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə 3 milyon manata çatıb.
Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, bu gün körpə üçün toplanan ianə 3 milyon manata çatıb.
Amirin sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 3 milyon 740 min manatdır.
Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün kampaniya keçirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.