“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirildi
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.
BEY.AZ xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova, Vüqar Qurbanov və Səddam Muxtarlı, həmçinin Təhsil Kompleksinin direktoru Sara Xanlarova və müəllim-şagird heyəti iştirak edib.
Çıxış edənlər – Sara Xanlarova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şagirdlərin ifalarındakı şeir nümunələri və “Turacı” rəqsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |