fbpx

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib

Rüya Yorumları burda

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədbir keçirilib.

BEY.AZ xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və müəllim-şagird heyəti iştirak edib.

Çıxış edənlər – Gülşən Orucova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs edərək, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu