Ana üç övladı ilə itkin düşdü
Bakıda qadın övladlarını da götürüb ata evindən çıxıb və geri qayıtmayıb.
Daxili İşlər Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, bununla bağlı qadının atası Quliyev Hümbət Firudun oğlu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Məlumata görə, 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Quliyev Hümbət Firudun oğlu ərizəsində bildirib ki, yanvarın 2-də onunla eyni ünvanda yaşayan qızı 1991-ci il təvəllüdlü Quliyeva Mənzər Hümbət qızının övladları – 7, 8 və 10 yaşlı üç övladı ilə birlikdə 02.01.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdən çıxıb gedərək geri qayıtmayıblar.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |