fbpx

“Anadolu Ankası – 2024” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi


Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Bu barədə BEY.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin