fbpx

“ANAİB daha nə etməlidir ki, dövlət qeydiyyatına alınsın?”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə II Bakı Uşaq Kitab sərgisi keçirildi. Bundan əvvəl neçə-neçə regional sərgilər, konfranslar, görüşlər və seminarlar keçirilmişdi. Bir ictimai birlik nə etməlidir ki, dövlətin ədliyyə orqanı onu rəsmi qurum kimi tanısın, qeydiyyatdan keçirsin. Kitab sektorunun ağır bir zamanında nəşriyyatlar təşkilatlanıb Azərbaycan Kitabını dirçəltməyə çalışırlar. Artıq iki ildən çoxdur ki, ANAİB sıralarına qatılmış onlarla nəşriyyat çaşqınlıq içindədir: nəyi düz etmirik ki, bizi qeydiyyata almırlar?!”

Metbuat.az xəbər verir ki, bu sözləri “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov deyib. Nəşriyyat direktoru bildirib ki, indiyə kimi keçirilən tədbirlərdə naşirlər birliyi müxtəlif dövlət orqanları – Mədəniyyət, Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə, yerli icra strukturları ilə əməkdaşlıq edib. Bütün bunlara baxmayaraq, Ədliyyə Nazirliyi ictimai birliyi tanımaq istəmir.

“Ara-sıra xəbərlər gəlir ki, kimdir sizə mane olan, işinizi görün də, gərək elə qeydiyyat olsun. Elə deyil. Azərbaycanda kitab bazarını dirçəltmək üçün iri miqyaslı tədbirlər həyata keçirmək lazımdır. Onsuz da ağır durumda olan nəşriyyatlar öz maliyyə imkanları ilə bu işin öhdəsindən gələ bilməzlər. Rəsmi qeydiyyatın olmaması isə potensial sponsorların qapılarını birliyin üzünə bağlayır. Kitab xalqın ədəbiyyatını, elmini, təhsilini, dilini kütləviləşdirən, inkişafını təmin edən vasitədir. Bunu başa düşmürüksə, deməli, mədəniyyətə, intellektə deyil, cəhalətə, nadanlığa xidmət edirik”, – deyə R.İsmayılov əlavə edib.

Qeyd edək ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) 2021-ci ildə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq məqsədilə bir qrup nəşriyyat sahibi tərəfindən təsis edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ANAİB #daha #nə #etməlidir #dövlət #qeydiyyatına #alınsın

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin