fbpx

ANAMA əməkdaşı Şuşada minaya düşdü


İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub. Hal-hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin