fbpx

Anar Bağırovdan Elçin Sadıqovun həbsi ilə bağlı AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək”.

Metbuat.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib.

A. Bağırov bildirib ki, qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur. Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər. Vəkilin həbsinə gəldikdə isə, A. Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib: “Burada qanunun tələblərinə riayət olunmuşdur və hər hansı pozuntu mövcud deyil. Bunu mən rəsmən bəyan edirəm. Bildiyiniz kimi, Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib. Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də buna etiraz etməyib və bu ünvan reyestrdə öz əksini tapıb. Məndə olan dəqiq məlumata görə, həmin ünvanda yəni, vəkilin qeydiyyatda olduğu ofisdə heç bir axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Yəni, bizdə olan məlumat budur. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən heç bir məlumat təqdim edilməyib”.

Rüya tabirlerini burdan oku

O qeyd edib ki, KİV-lərdə vəkilin ofisində axtarış aparılması haqqında məlumatlar həqiqəti əks etdirmir.

Sədr vəkillərə də müraciət edərək yoxlanılmamış və həqiqətəuyğun olmayan məlumatları paylaşmamağı tövsiyə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu