fbpx

Anar Kərimovu əvəz edəcək Adil Kərimli kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Adil Kərimli Prezidentin Sərəncamıyla mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.

Metbuat.az xəbər verir ki, 22 oktyabr 1979-cu il təvəllüdlü Adil Kərimli Qabil oğlu 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr diplomu ilə bitirib; 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquq magistri (“cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisası üzrə) diplomu ilə bitirib; May 2007-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalologiya kafedrasının hüquq elmləri namizədi (Ph.D) “Qətllərin kvalifikasiyasında motivlərin rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-2001 Hüquq məsləhətçisi Hüquq ədəbiyyatı mətbəəsində çalışıb; 2001-2003-cü illərində Bakı Hüquq Mərkəzinin baş hüquq məsləhətçisi olub; 2004-cü ildən indiyədək Azərbaycan Vəkillər Kollegiyasının vəkilidir. 2001-ci ildən indiyədək müəllimlik fəaliyyətiylə məşğuldur.

9 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.

2008-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. 2012-ci ildə Bakının “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Evlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Anar #Kərimovu #əvəz #edəcək #Adil #Kərimli #kimdir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin