Anar Qasımov işdən çıxarıldı – Nazirdən YENİ TƏYİNAT
BEY.AZ informasiya agentliyi xəbər verir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib. Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.
A.Qasımov isə “Azercell Telekom” MMC-nin transformasiya proqram meneceri təyin edilib.
Anar Qasımov
Ceyhun Hüseynzadə
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.