fbpx

Ançelotti Ardanı əsas heyətdən sildi



“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti taktika və start 11-liklə bağlı qərarını verib.

BEY.AZ xəbər verir ki, əsasən Kilian Mbappeyə görə 4-3-3 sxeminə keçən Ançelotti qərarını dəyişib. Karlo Ançelotti sevimli 4-3-3 taktikasından imtina edərək, 4-4-2 ilə oynamağa qərar verib.İspaniya mediasının məlumatına görə, yeni taktikaya görə bəzi oyunçular ehtiyat oyunçular skamyasında qalacaq. Bildirilir ki, 4-3-3 taktikası müdafiədə problemlər yaratdığı üçün Karlo Ançelotti 4-4-2 taktikasına keçib. “Real” ötən il 4-4-2 taktikası ilə oynamışdı. Qapıda zədəsini sağaldandan sonra Kurtua, müdafiə xəttində isəMilitao, Rüdiger, Mendi və Lukas Vazkes oynayacaq. Yarımmüdafiədə Tchouameni və Camavinga tandem yaradacaq və onların qarşısında Valverde həm müdafiəyə, həm də hücuma töhfə verəcək. Bellinghem hücumçuların arxasında oynayacaq və onun müdafiə vəzifələri azalacaq. Hücumda isə Vinisius və Mbappe olacaqlar.

Rodrioq, Seballos və Brahim hücumda əsas əvəzedicilər olacaq. Arda və Modriç isə yarımmüdafiədə əsas əvəzedicilər olacaq.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin