fbpx

Ançelotti Ardanı heyətdən çıxarmaq istəyir



İtaliyalı baş məşqçi Karlo Ançelotti Türkiyənin Çexiyaya qalib gələrək qrupdan ayrılmasından sonra Arda Güler ilə telefon danışığı aparıb.

BEY.AZ xəbər verir ki, Ançelotti AVRO-2024-də yaxından izlədiyi Arda Güleri təbrik edib. “Defensa Central”ın xəbərinə görə, hazırda tətildə olan Ançelotti Ardaya “Türkiyə yarımfinala çıxsa, səni ABŞ-da təşkil olunacaq düşərgəyə aparmayacam” deyib. Arda isə buna etiraz edib. Arda Ançelottiyə cavabında “Məni turdan çıxarmayın. Az tətilim olsa belə, komanda ilə düşərgəyə qatılacağam. Ötən il çox vaxt itirdim. Ən qısa zamanda komandaya qoşulmaq istəyirəm” deyə bildirib.

Arda Gülerin Ançelottiyə etirazından sonra “Real Madrid” futbolçunun həm tətil keçirməsinə, həm də ABŞ turuna qatılmasına imkan verəcək plan axtarışındadır.Texniki heyət Arda Gülerin təlim düşərgəsinə getmək istəyini təqdir etsə də, onun dincəlməli olduğunu da düşünür. Əks halda, ötənilki kimi o yenidən zədə ala bilər.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin