fbpx

Ançelotti gedir – Peresin istədiyi məşqçi bəlli oldu



“Real Madrid”in baş Karlo Ançelotti klubdan ayrıla bilər.

BEY.AZ xəbər verir ki, klubla 2026-cı ilə qədər müqaviləsi olan Ançelottiyə Səudiyyə Ərəbistanından vacib təklif gəlib. “Todofichajes”in xəbərinə görə, Səudiyyə Ərəbistanı klubu növbəti mövsüm üçün Ançelottiyə təklif irəli sürüb. “Real” rəhbərliyi klubla böyük uğurlar qazanan Ançelottinin yerinə iki namizəd irəli sürüb. “Real Madrid”in prezidenti Florentino Peresin Ançelottidən sonra komandanın başında Xabi Alonsonu və ya Yurgen Kloppu görmək istədiyi bildirilir.

Qeyd edək ki, iki fərqli dövrdə “Real”ı çalışdıran Ançelotti 3-ü Çempionlar Liqası olmaqla, ümumilikdə 14 kubok qazanıb. Bundan əlavə, komandası ilə 177 matça çıxan Karlo Ançelotti, 125 qələbə, 29 heç-heçə və 23 məğlubiyyətlə hər matçda orta hesabla 2,28 xal toplayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin