Ançelotti oynatmağa oyunçu tapmır – İstirahəti ləğv etdi
“Real Madrid” növbəti turda “Real Sosyedad”la oyundan əvvəl zədə səbəbindən artıq 6 oyunçusunu itirib.
BEY.AZ xəbər verir ki, “Real”ın hazırda 11 futbolçusunun millinin düşərgəsində olması da Ançelottini narahat edir. Hazırda David Alaba, Eduardo Camavinga və Cude Bellinghem, Dani Seballos, Aurelien Tşouameni və Ferland Mendi zədəlidir. Hazırda cəmi 3 yarımmüdafiəçisi qalan Ançelotti bu mövqedə Modriç, Arda Güler və Valverdeni oynatmalı olacaq. Bu oyunçuların üçü də milli komandadadır və hətta birinin zədələnməsi “Real”ı çətin vəziyyətə salacaq. Ançelotti milli komandada oynayan futbolçulara istirahət verəcəyini açıqlasa da, bu qərarından daşınıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |