Ançelotti peşman olub? – Ardadan üzr istədi
“Real Madrid”in səfərdə “Malyorka”nı 1:0 hesabı ilə məğlub etdiyi matçda 4 əvəzetmə edən Karlo Ançelotti Arda Güleri meydana buraxmayıb.
BEY.AZ xəbər verir ki, italiyalı çalışdırıcının matçdan sonra soyunub-geyinmə otağında Arda Gülerin yanına gedərək gənc futbolçudan üzr istədiyi bildirilib. İspaniya mediasının məlumatına görə, Ançelotti Ardanı meydana buraxmaq üçün əlverişli fürsət olmadığını ifadə edib. Danışıqların təfərrüatları barədə ətraflı məlumat dərc edilməsə də, Ardanın daha çox oynamaq istədiyi bildirilir.
Qeyd edək ki Arda Gülerin “Real Madrid”də qalmaq istədiyi, klubun isə təcrübə toplamaq üçün onu başqa komandaya icarəyə göndərmək istədiyi barədə xəbərlər dərc edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.