fbpx

Android 16-nın adı “Paxlava” ola bilər



“Google” şirkəti uzun illərdir ki, Android əməliyyat sisteminin versiyalarını adlandırarkən əyləncəli ad seçir. 2009-cu ildə Android 1.5 ilə başlayan bu ənənə hər yeni Android versiyasına şirniyyat adının verilməsi ilə davam edib. Hər yeni versiyanın kod adı İngilis əlifbasının ardıcıllığına uyğun olaraq seçilib. Məsələn, Android 1.5 “Cupcake”, 1.6 “Donut”, 2.0 “Eclair”, 2.2 “Froyo” və sonuncu olaraq Android 15 “Vanilla Ice Cream”.

BEY.AZ xəbər verir ki, bu adlandırma qaydası nəzərə alındıqda Android 16-nın kod adının W hərfi ilə başlaması gözlənilir. Lakin görünən odur ki, Android 16-da bu ənənə dəyişəcək.

Mishaal Rahmanın Android üçün hazırladığı hesabatda vurğulandıb ki, Android 16 da şirniyyat temalı adlandırma ənənəsinə sadiq qalacaq. Lakin bu dəfə əlifba sırası pozula bilər və W hərfi ilə başlayan bir şirniyyat görməyə bilərik. Daha maraqlı olan isə odur ki, “Google”un Android 16 üçün kod adını “Paxlava” seçdiyi iddia edilib.

Məlumata görə, Android 15-in AOSP kod bazasında “VanillaIceCream” adının keçdiyi yerlərdə indi “Paxlava” referansları aşkar edilib. Bu, yeni bir əməliyyat sisteminin hazırlıq mərhələsində “Google”un SDK versiyalarını tamamlamaq üzrə olduğu zaman “Ayarlar / Telefon / Haqqında” bölümündə şirniyyat kod adını istifadə etdiyi adi haldır. Android 15 Beta 3-ə qədər “VanillaIceCream” adı istifadə edilib, sonra isə Android 15 adı ilə əvəz edilib. Oxşar şəkildə, Android 16-nın ilk versiyalarında da “Paxlava” adı göstərilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin