fbpx

Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib.

Metbuat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur. Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.

Rüya tabirlerini burdan oku

MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrufat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu