fbpx

Aprelin 11-də törədilən təxribatda Ermənistanın niyyəti nə idi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistanın son günlərdə keçirdiyi görüşlər əsasən İranda baş tutub. Bu müzakirələrdə xüsusən də Ermənistana son təlimatın İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşdə verildiyi də istisna edilmir ”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert hesab edir ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması yeni planın tərkib hissəsi idi:

Ədalət Verdiyev: Hərbi məsələlərə zəruri miqdarda maliyyə vəsaitinin  ayrılması Prezidentin ordu quruculuğuna qayğısının göstəricisidir - AZƏRTAC

Rüya tabirlerini burdan oku

Hərbi ekspert Ədalət Verdiyev

“Bildiyiniz kimi, iki həftə bundan əvvəl Azərbaycan ordusu sərhədləri bərpa edib, köməkçi yolları ilə bərabər Ermənistanı Qarabağla bağlayan Laçın yoluna nəzarətə hakim oldu. Ermənistan tərəfi də ayılıb baxıb gördü ki, artıq Qarabağa daşınmalar, xüsusilə də silah- sursatın təminat və təchizatında ciddi problemlər yaranacaq. Ona görə də onlar əsas və köməkçi yollardan heç olmasa birini öz nəzarətinə götürməyə cəhd etdilər. Lakin bu niyyətlərinin heç biri baş tutmadı. Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına layiqli cavab verərək, onları geri çəkilməyə məcbur etdi. Düşmən itki verdikdən sonra bu niyyətindən əl çəkdi”.

Ekspert vurğuladı ki, hadisələrin təkrarlanıb, təkrarlanmayacağı bizdən asılı məsələ olmasa da, hazırda qismən sakitçilik bərpa edilib amma gərginlik də qorunub saxlanılır.

“Ermənistan tərəfi yenə də təxribatlara əl atarsa, Azərbaycan tərəfindən daha ciddi bir şəkildə cəzalanacağı heç bir şübhə doğurmur”,- deyə Ədalət Verdiyev qeyd edib.

Ermənistanın bu cür təxribatlarının nə birinci, nə də sonuncu dəfə olmadığını ifadə edən politoloq Samir Hümbətov saytımıza açıqlamasında dedi ki, Ermənistanın siyasi iradəsi başqa güclərin əlində olduğu üçün Ermənistanla Azərbaycan arasında bundan sonra da bu formada qarşıdurmaların olacağına hazır olmalıyıq.

Politoloq Samir Hümbətov

“Nə qədər ki, tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, Ermənistanın təxribatlarının qarşısını almağın yollarından biri də antiterror əməliyyatlarının keçirilməsindədir. Azərbaycan qəti şəkildə Ermənistana xəbərdarlıq etməlidir ki, əgər bir də hər hansı formada bu cür təxribatlara gedəcəkləri təqdirdə ziyanı özləri çəkəcəklər. İndiki halda Ermənistan hərbi siyasi rəhbərliyi bütün bu baş verən təxribatların əsas məsuliyyətini daşıyır və daşımalıdır. Çünki baş verən proseslər məhz birbaşa onlara verilən sifarişin birbaşa nəticəsi olaraq ortaya çıxıb”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aprelin #11də #törədilən #təxribatda #Ermənistanın #niyyəti #nə #idi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu