fbpx

AQTA sədri Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, müvafiq sahədə həyata keçirilən dövlət tənzimləməsi və nəzarəti haqda ətraflı məlumat verib.

Qida təhlükəsizliyi sahəsində Agentliyin normayaratma fəaliyyətindən söz açan Q.Təhməzli qida zəncirinin bütün mərhələlərini əhatə edəcək yeniliklər, onların tətbiqindən gözlənilən nəticələr barədə qonaqları məlumatlandırıb. Sədr AQTA-nın müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı və sıx əlaqədə fəaliyyət göstərdiyini, bu baxımdan, OIE ilə qurulan əməkdaşlığa xüsusi önəm verildiyini də diqqətə çatdırıb.

Ekspert Qrupunun rəhbəri Sabine Hutter, OİE-nin Avropa üzrə regional ofisinin rəhbəri, quduzluq xəstəliyi üzrə ekspert Budimir Plavsic səmimi qəbul və geniş məlumat üçün minnətdarlıqlarını ifadə ediblər. Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq standartlarının təmin olunması ilə bağlı görülən işləri yüksək dəyərləndirən qonaqlar əməkdaşlıqda birgə fəaliyyətin qarşıdakı illərdə də öz töhfəsini verəcəyinə əminliklərini bildiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin