Araik və Bako Saakyan burada gizlənir
Qondarma rejimin “rəhbərləri”ndən raik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan hələ də Qarabağdadır.
Metbuat.az bildirir ki, bu barədə “Hraparak” məlumat yayıb. Məlumatda qeyd edilir ki, onlar Xankəndi şəhərində gizlənirlər.
Həmçinin bildirilir ki, qondarma rejimin keçmiş komandanları, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumətin” bütün üzvləri də Qarabağda qalıblar.