fbpx

“Arayik Harutyunyan Laçın yolunda həbs edilməlidir, əks halda…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qarabağdakı qondarma qurumun “rəhbəri” Arayik HArutunyan Laçın yolunda həbs edilməli və onun sərbəst hərəkətinin qarşısı alınmalıdır”.

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O hesab edir ki, Ermənistan tərəfi öz istiqamətində nəzarət buraxılış məntəqəsi quraraq, Ermənistan vətəndaşlarının Qarabağa keçidinə imkan verməyəcək.

“Ermənistanla sərhəddə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Ermənistan vətəndaşlarının Azərbaycan ərazisinə sərbəst giriş-çıxışının qarşısı alındı. Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək yeni təxribatlara hazırlaşırdı. Məhz Azərbaycan Laçın yoluna nəzarəti bərpa etməklə, Yerevanın bu planının qarşısını qətiyyətlə almış oldu”.

Rüya tabirlerini burdan oku

M. Əsədullazadənin qənaətinə görə, Türkiyədə seçkilərdən əvvəl Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması strateji cəhətdən Azərbaycanın növbəti perspektivdə mövqeyini güclənməsinə gətirəcək.

“Qeyd edim ki, Xankəndində oturan separatçıların Ermənistana sərbəst giriş-çıxışının qarşısı alınması labüddür. Azərbaycan separatçıların rəhbəri Arayik Arutunyanı beynəlxalq axtarışa verib. Onun barəsində ikinci Qarabağ müharibəsində ölkəmizə qarşı hərbi cinayətlərinə görə cinayət işi açılıb. Arayik Arutunyan Laçın yolunda keçdikdə onun saxlanması reallaşmalıdır. Əks təqdirdə cəzasızlıqdan istifadə edərək Xankəndində ölkəmiz əleyhinə təxribatlarını davam etdirəcək”.

METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Arayik #Harutyunyan #Laçın #yolunda #həbs #edilməlidir #əks #halda

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu