“Araz-Naxçıvan”ın heyəti açıqlandı – Çempionlar Liqası
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.
Azərbaycan Futzal Federasiyasından Metbuat.az-a verilən məlumata görə, komanda qrup oyunlarına ev sahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək.
Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq.
Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.
Heyət aşağıdakı kimidir:
Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov
Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.